Sumqayıtda layihə barədə məlumatlandırma tədbiri təşkil olundu

334

SosialMedia.az xəbər verir ki, 19.05.2019-cu il tarixində ƏSMİD ictimai birliyi açıq havada layihənin məlumatlandırma tədbirini təşkil etdi. Tədbiri giriş sözü ilə açan birliyin sədri və layihə rəhbəri Səbinə Kərimova layihə barədə iştirakçıları məlumatlandırb.

O,qeyd edib ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən Əlilliyi olan gənclərin İKT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlərin təşkili layihəsnin icrasına başlayıb. Layihənin məqsədi əlilliyi olan gənclərin İKT bacarıqlarını inkişaf  etdirərək,  sayt  üzərində  işləmə  mexanizminin öyrədilməsidir.Həmçinin yeni informasiya  portalının  yaradılması ilə əlişlərindən ibarət elektron resurslarının hazırlanması və  sayta yerləşdirilməsinə yardımçı olmaqdır.

Təlimlərə cəlb edilən əlilliyi olan gənclərin,qismən də olsa məşqulluq problemlərinin həllinə dəstək olaraq, onların sosial həyata inteqrasiyasına təkan verməkdir. Sonra bildirib ki, iyun ayının 15-də  ilk təlim Sumqayıt şəhərində 15 nəfər əlilliyi olan gənc üçün,iyul ayıında isə Bakı şəhərində eşitmə məhdudiyyətli gənclər üçün nəzərdə tutulub. Yekun olaraq,  SosialMedia.az saytı yaradılacaqını və o,saytda  əlilliyi olan şəxslərin əl işləri yerləşdiriləcəyini vurğulayıb.

Sonra tədbirdə qonaq qismində iştirak edən Eşitmə və Nitq Məhdudiyyətli şəxslərə Sosial Yardım İB sədri Cəmilə Abdulova layihənin mahiyyətindən danışdı.O,bildirdi ki,yeni yaradılacaq sayt əlilliyi olan şəxslərə xidmət edəcək.

Digər qonaq jurnalist,şair,publisist Elşən Qəniyev hər bir gəncə uğurlar arzuladı. Tədbir müzakirələrlə yekunlaşdı.