Sumqayıtda şuranın dəstəyi ilə təlim təşkil olunacaq

288

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 14.06.2019-cu il tarixində Sumqayıt şəhər Gənclər evində Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil edəcək.

Bu barədə Sosialxəbər.az-a birliyin rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə təlimdə 15 nəfər əlilliyi olan gəncin iştirakı nəzərdə tutulub.

Məqsəd əlilliyi olan gənclərin İKT bacarıqlarını inkişaf etdirərək, sayt üzərində işləmə mexanizminin öyrədilməsidir.Həmçinin yeni informasiya portalının yaradılması ilə əlişlərindən ibarət elektron resurslarının hazırlanması və sayta yerləşdirilməsinə yardımçı olmaqdır.

Təlimlərə cəlb edilən əlilliyi olan gənclərin,qismən də olsa məşqulluq problemlərinin həllinə dəstək olaraq, onların sosial həyata inteqrasiyasına təkan verməkdir. Təlimçi QHT.az saytı və QHT.TV baş redaktoru Cəsarət Hüseynzadədir.