Elçibəyin xanımı Kələkidə dəfn edildi.

357

Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

SosialMedia.az xəbər verir ki, Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının Baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə qatılıblar.

Qeyd edək ki, H.Əliyeva dünən vəfat edib. Onun yas mərasimi xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.