QHT sədri Prezident İlham Əliyevə təşəkkür etdi

370

Bu gün Prezident İlham Əliyev minimum əməkhaqqının artırlması və müxtəlif sahələrədə çalışan vətəndaşların əməkhaqqlarının artırlması ilə bağlı17 sərəncam imzalayıb.

Artıq ekspertlər tərəfindən bu gün imzalanan sərəncamlar əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə irəli sürülən növbəti sosial paket kimi qiymətləndirilib.

SosialMedia.az xəbər verir ki,bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
Təşkilat sədri vurğulayıb ki, bundan öncəki sosial paket çərçivəsində pensiyalar, maaşlar, sosial müavinətlər artırılmışdı.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın. Bu gün ki, imzalanan sərəncamlar toplusu ölkə başçısı tərəfindən səslənən fikirlərin bir daha əyani sübütüdür.

Minimum Əmək haqqının 250 manata çatdırlması və eyni zamanda bir çox sahələrdə çalışan işçilərin əməkhaqqının 40 faiz artırılması çox gözəl addımdır.

Xüsüsən, vətəndaş cəmiyyəti təşkilatalrı ilə birbaşa işləyən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin əməkdaşlarının əməkhaqqlarının artırılması biz QHT-lər üçün xoş xəbər oldu. Bu addımı ölkə başçısının QHT-lərə növbəti diqqəti kimi qiymətləndirir və prezidentə təşəkkür edirik – deyə Cəsarət Hüseynzadə bildirib.