Türkiyədə təbii fəlakət nəticəsində 8 nəfər ölüb.

264

Türkiyədə güclü yağışlar və sel nəticəsində 8 nəfər ölüb.

SosialMedia.az-ın xəbərinə görə, təbii fəlakət nəticəsində Trabzon vilayətində 4 nəfər ölüb. Vilayətin Araklı rayonunda çayların daşması, evlərin və digər obyektlərin su altında qalması nəticəsində 6 nəfər də itkin düşüb. Hazırda ərazidə itkin düşmüş şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, ötən gün Ağrı vilayətinin Diyadin rayonunda çay daşqını nəticəsində eyni ailədən 3 nəfərr ölüb. Həmin ərazidə 19 yaşlı oğlan isə ildırım vurması nəticəsində dünyasını dəyişib.