Azərbaycanda benzin istehsalı azalıb

280

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 256,1 mln. manat dəyərində neft məhsulları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azdır.

“SosialMedia.az-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:

Məhsul növləri 2019-cu ilin yanvar-may aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Avtomobil benzini, min ton 499,8 95,8
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton 136,4 147,9
Ağ neft, min ton 254,4 102,7
Dizel yanacağı, min ton 885,9 104,2
Yanacaq mazutu, min ton 32,8 109
Sürtkü yağları, min ton 6,8 23,4
Neft bitumu, min ton 72,8 65,1
Neft koksu, min ton 102 92,6