Lənkəranda dəniz kənarından tank əleyhinə minalar aşkarlanıb – FOTO

328

2019-cu il 19 İyun tarixində saat 17:09-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində mina aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən SosialMedia.az-a verilən xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətindən Agentliyə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, ərazidə dəniz sahilinə baxış keçirilib. Nəticədə 2 ədəd tank əleyhinə TM-62M və 1 ədəd tank əleyhinə təlim məqsədli TM-62P3 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 300 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.