Sumqayıtda yeni kinoteatr tikilir – FOTO

95

Sumqayıtda kinoteatrın tikintisinə start verilib.

SosialMedia.az-ın məlumatına görə, şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.

Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.