Gəncədə yaşayış binası yanır – Sakinlər TƏXLİYƏ EDİLİR

265

Gəncədə yaşayış binası yanır.

SosialMedia.az bildirir ki, şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. Beşmərtəbəli binanın dam örtüyündə meydana gələn yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Baş verən yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.