Sumqayıtda Əlillərin Bərpa Mərkəzi üçün yeni inzibati bina tikilir.

394

Sumqayıt şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzi üçün yeni inzibati bina tikilir.

SosialMedia.az-ın verdiyi məlumata görə, 3 mərtəbəli inzibati bina müasir standartlara tam uyğunlaşdırılıb.

Dövlət vəsaiti hesabına tikilən binada əlillərin bərpa müalicəsi baxımından effektliv təsirə malik səmərəli fizioterapevtik üsullar tətbiq ediləcək. Müvafiq sahədə müasir metodika və texnologiylardan geniş istifadə olunacaq. Müəssisə mövcud şəraitdə əlilliyi olan şəxslərə uyğun qurulur.

Burada fiziki üsullarla reabilitasiya, su blaneoterapiya, şüa diaqnostika, əmək terapiyası, klinik-biokimyəvi laboratoriya, mədəni istirahət kompleksi və sair şöbələrdə müalicə üsulları həyata keçiriləcək.