Rusiya Ermənistana xeyli silah-sursat göndərəcək

256

Ermənistan və Rusiya silah və döyüş sursatlarının Ermənistana tədarükü üzrə bir neçə müqavilə imzalayacaq.

Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri David Tonoyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, iri tədarüklər artıq bu ilin sonunda və gələn ilin əvvəlində başlayacaq. Həmçinin aviasiya texnikası və silahların alışı üzrə danışıqlar aparılır.

Qeyd edək ki, D.Tonoyan Moskva bölgəsində keçirilən “Ordu-2019” beynəlxalq sərgidə iştirak edir. O, sərgi çərçivəsində Rusiyanın hərbi sənaye kompleksinin bir sıra müəssisə rəhbərləri ilə görüşlər keçirib.