Şəmkirdə qardaş qardaşı güllələdi

165

Dünən Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfər odlu silahla açılmış atəşdən xəsarət alıb.

Bununla bağlı məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, kəndin əkin sahəsində E.Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.