Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub

255

Azərbaycan daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

SosialMedia.az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov daxili işlər nazirinin birinci müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov SosialMedia.az-a faktı təsdiqləyib.

Qeyd edək ki, S.Əzimov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.