Abituriyentlərin NƏZƏRİNƏ – DİM İmtahan suallarının cavabını sosial şəbəkədə elan edəcək

304

İyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.

DİM-dən SosialMedia.az-a bildirilib ki, imtahanlardan sonra saat 16:00-da DİM-in “YouTube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək. Mərkəzin məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı ətraflı məlumat verəcəklər.