Bakıda külək əsəcək, rayonlara yağış yağacaq, dolu düşəcək

38

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbi  sərvətlər Nazirliyinin Milli Hidrometeorologyia Departamentindən SosialMedia.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 20-23° isti, gündüz  28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 %  olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraitinə gəlincə, sabah mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyulun 8-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  20-25°  isti təşkil edəcək.