İKT bacarıqlarının artırılması məqsədi ilə eşitmə və nitq məhdudiyyətli gənclərə təlim təşkil olunacaq

493

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 19 iyul tarixində Bakı şəhəri Milli Hüquq evində Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil edəcək.

Bu barədə SosialMedia.az-a ƏSMİD İctimai Birliyinin sədri,layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, ilk təlim Sumqayıt şəhərində 15 nəfər əlilliyi olan gənclər üçün təşkil olunmuşdur. İkinci təlim isə 15 nəfər eşitmə və nitq məhdudiyyətli gənclər üçün nəzərdə tutulub. Təlimlərə cəlb edilən sağlamlıq imkanları məhdud gənclərə SosialMedia.az saytı üzərində işləmək mexanizminin öyrədilməsi və onların gələcəkdə bu sahədə daha aktiv fəaliyyətlə məşqul olmasına dəstək verməkdir.

Qeyd edək ki, təlimçi QHT.az saytı və QHT.TV baş redaktoru Cəsarət Hüseynzadədir.