Azərbaycanda hər bir narkoloji tibb müəssisələrində klinik psixoloqlar olacaq.
SosialMedia.az-ın məlumatına görə, bununla bağlı “Narkoloji xidmət və nəzarət haqqında” qanun layihəsinin 14-cü maddəsinə (Narkoloji tibb müəssisələri) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Narkoloji xəstələrin psixoloji reabilitasiya və psixoloji korreksiyanı təmin etmək məqsədilə hər bir narkoloji tibb müəssisəsində klinik (tibbi) psixoloq olmalıdır.