Azərbaycan əczaçılıq məhsullarının idxalını artırıb

218

Azərbaycan bu ilin birinci yarısında əczaçılıq məhsullarının idxalını ötən ilin eyni dövrünə nisbətən artırıb.

SosialMedia.az-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə idxal olunmuş əczaçılıq məhsullarının həcmi 134,5 mln. ABŞ dolları olub. Bu göstərici ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 8,7% çoxdur.