Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı

441

LAYİHƏ HAQQINDA

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması layihəsi BP və onun tərafdaşlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda Bakı şəhərində həyata keçirdiyi bir layihədir. Layihə British Council tərəfindən icra olunur.

SosialMedia.az xəbər verir ki, layihənin əsas məqsədi Bakıda yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır.

Layihə aşağıdakı fəaliyyətləri əhatə edir:

Seçim mərhələsi (ərizələrin qəbulu və müsahibə) Ərizələrin qəbulu British Council tərəfindən həyata keçirilir. Ərizələr əsasında seçilmiş namizədlər müsahibələrə dəvət olunacaqlar. Müsahibələrdən uğurlu nəticə əldə edən şəxslər təlim proqramında iştirak etmək imkanı əldə edəcəklər.
Layihə çərçivəsində seçilmiş namizədlər cari il ərzində aşağıdakı istiqamətlər üzrə təlimlərdə iştirak edəcəklər:

  • İngilis dili üzrə təlimlər
  • Kompüter üzrə təlimlər (ilkin bacarıqlar (ECDL)
  • Sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlər
  • Spesifik iş sahələri üzrə bacarıqların inkişaf etdirilməsi
  • Təlimlər 2019- 2020-ci il ərzində 10 ay müddətində keçiriləcəkdir.

    Proqram çərçivəsində iştirakçılar üçün psixoloji konsultasiyaların keçirilməsi də nəzərdə tutulmuşdur.

    Qeyd: Proqrama yalnız həqiqi yaşayış yeri Bakı şəhəri olan şəxslər müraciət edə bilərlər. British Council namizədlərin ərizə formasında yaşayış yeri, əlillik, təhsil, iş və ya digər kriteriyalar üzrə təqdim etdiyi məlumatların həqiqiliyini yoxlamaq üçün əlavə sənədlər tələb edə bilər.

    ƏRİZƏ FORMASI-nı buradan əldə edə bilərsiniz.