Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi

382

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli media nümayəndələri! Əziz mətbuat işçiləri!
Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətilə Sizi təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə hamınıza uğurlar arzulayıram.

Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür. Ötən müddət ərzində Azərbaycan mətbuatı uzun, keşməkeşli və şərəfli bir yol keçmişdir. Zamanından və tarixi şəraitdən asılı olmayaraq mətbuatımız həmişə xalqımızın mədəniyyətinin və tarixinin keşiyində durmuş, çoxəsrlik milli ənənələrimizin qorunub saxlanılmasına böyük töhfələr vermişdir. Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan müasir Azərbaycan dövlətinin bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sistemi də demokratik prinsiplərə söykənərək ciddi uğurlara imza atır.

Dəyərli mətbuat işçiləri!

Sizi bir daha bu əlamətdar gün münasibətilə anavətənçilər adından təbrik edir, respublikamızda və dünyada baş verən hadisələrin cəmiyyətə və ölkəmizdə gedən demokratik dəyişikliklərin beynəlxalq aləmə çatdırılmasında, geniş analitik təhlillər aparılmasında sizlərə yüksək professionallıq və əsl vətənpərvərlik mövqeyi göstərməyi, oxucuların sevgi və yüksək etimadını qazanmağı arzulayıram.

BAYRAMINIZ MÜBARƏK!