Polis əməkdaşları 106 çətənə kolu aşkar edib

310

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 106 çətənə kolu aşkar edilib.

DİN-nin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bəyəhmədyurd kəndi ərazisində kənd sakini F.Baxışovun kultivasiya yolu ilə yetişdirdiyi 51 ədəd çətənə  kolu aşkar edilərək götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğanlı kənd sakini E.Fərəcova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Astara Rayon Polis Şöbəsnin əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini E.Babayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə  kolu aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çıraqlı kənd sakinləri X.İbadovun və Q.Dəmirovun həmkəndliləri  İ.İbadovaya məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirdikləri 36 ədəd çətənə kolu aşkar edilərək götürülüb.