Mövlud Çavuşoğlu: “S-400-lər NATO üçün təhdid yaratmır”

182

“S-400-lər NATO üçün təhdid yaratmır”.

SosialMedia.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Rusiyadan S-400 zenit-raket kompleksini aldıqdan sonra NATO ilə münasibətlərdə hər hansı problem yaranmayıb.

M. Çavuşoğlu qeyd edib ki, Türkiyə bir çox sahədə NATO-nun fəaliyyətinə töhfə verir.