Nümunəvi tədris planları təsdiq olunub

148

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Nazirlikdən SosialMedia.az-a verilən məlumata görə, əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.