Şura Qaxda “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir keçirib – FOTO

498

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Qaxda “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir keçirib.

Tədbirdə yerli QHT, media, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Qax Rayon İcra Hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Səmədov çıxış edərək Şura tərəfindən keçirilən tədbirin əhəmiyyəti və rayonun ictimai-siyasi həyatında oynadığı roldan danışıb. 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında Azərbaycan Respublikası Prezidentinin ölkənin hərtərəfli inkişafı istiqamətində apardığı siyasətdən, digər sahələrlə yanaşı vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət dəstəyi, bu istiqamətdə Şuranın gördüyü işlər və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin bölgə üzrə nümayəndəsi Qalib Nəbiyev regionda fəaliyyət göstərən QHT-lər, vətənpərvərliyin təbliği istiqamətində həyata keçirilən layihələr, yerlərdə QHT fəaliyyətinin əhəmiyyəti və dövlət qurumları ilə əməkdaşlıq məsələləri barədə məruzə ilə çıxış edib.

Tədbirdə regionlarda bəzi radikal dini cərəyanların qanunsuz fəaliyyəti, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin dünya görüşünə göstərdiyi mənfi təsirləri və həmin cərəyanlarla mübarizədə yerli QHT-lərin üzərinə düşən vəzifələrə bğlı geniş müzakirələr keçirilib.
Tədbirdə Şuranın dəstəyi ilə hazırlanmış və Zaqatala rayonundan olan şəhidlərə həsr olunan “Zirvədəkilər” qısa metrajlı bədii-sənədli filmi nümayiş olunub. Film iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə layihələrə verdiyi dəstəyə görə Şuraya təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçıların fəal və maraqlı çıxışları ilə davam edib.