Nobel üzrə ədəbiyyat mükafatçısı dünyasını dəyişdi

360

Ədəbiyyat üzrə Nobel mükafatı almış ilk qaradərili yazıçı Toni Morrison ABŞ-da dünyasını dəyişib.

SosialMedia.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, 88 yaşlı yazıçı avqustun 5-də Nyu-York xəstəxanalarının birində vəfat edib.
T.Morrison Nobel mükafatına 1993-cü ildə layiq görülüb. O, yaradıcı karyerasına Hovard Universitetinin ədəbiyyat dərnəyində başlayıb. Morrison mavi gözlərinin olmasını arzulayan qaradərili qız barədə hekayəsi ilə diqqət çəkib. Bu hekayə yazıçının sonralar yazacağı “Ən mavi gözlər” adlı roman üçün əsas olub.

Müəllifi olduğu “Sevgili” romanı 1988-ci ildə Pulitser mükafatına layiq görülüb.

Nobel mükafatı isə ona “təxəyyül və poeziya ilə zəngin əsərlərində Amerika gerçəkliyinin vacib aspektlərini canlandırdığı” üçün təqdim olunub.