Lənkəranda azyaşlı uşaq nənəsini avtomobillə vurub öldürüb

21

Lənkəranda azyaşlı uşaq öz nənəsini avtomobillə vurub.

SosialMedia.az-ın verdiyi məlumata görə, bədbəxt hadisə ötən gecə şəhərin M. M. Axund küçəsi 190 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 8 yaşlı uşaq, əmisi Zaur Bahadır oğlu Ağayevin evinin həyətində saxladığı avtomobili hərəkətə gətirib və ehtiyatsızlıqdan nənəsi, 1952-ci il təvəllüdlü Zahirə Dilşad qızı Ağayevanın üzərinə sürüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.