AMEA: Xəzərin səviyyəsinin yüksəlməsi iqtisadiyyata 2,5 milyard dollar ziyan vurub

26

“Xəzər dənizinin səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil, bu, ekstremal hal sayılmır”.

SosialMedia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

R. Məmmədov qeyd edib ki, 1978-1995-ci illərdə Xəzər dənizinin səviyyəsinin 2,5 metr yüksəlməsi Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub: “Bu, ekstremal hal idi. Bu gün üçün isə Xəzərdə suyun səviyyəsinin 1 metrdən çox azalması müşahidə olunur. Bu da ekstremal vəziyyət sayıla bilməz. Ola bilsin ki, bir müddətdən sonra əvvəlki səviyyəyə qayıtsın. Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinin dəyişməsi dövrü xarakter daşıyır”.