Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların maaşları artırılıb – CƏDVƏL

43

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.

SosialMedia.az-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarlarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə müəyyən olunub:

 

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1 250
2 260
3 271
4 282
5 294
6 306
7 319
8 332
9 346
10 360
11 375
12 390
13 406
14 423
15 440
16 457
17 529
18 666
19 906

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin əvvəlki Vahid Tarif Cədvəli belə idi:

 

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1 180
2 187
3 195
4 203
5 211
6 219
7 228
8 237
9 246
10 256
11 266
12 277
13 288
14 300
15 324
16 363
17 435
18 587
19 881