Sumqayıt əhalisinin sayı artıb

58

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən SosialMedia.az-ın yerli bürosuna bildirilib ki, 2019-cu ilin iyul ayının 1-nə olan məlumata görə, Sumqayıt şəhər əhalisi 343,9 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 306,9 min nəfər, Hacı Zeynalabdin qəsəbəsində 23,4 min nəfər, Corat qəsəbəsində isə 13,6 min nəfər əhali yaşayır. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2500 nəfər və ya 0,7 faiz artıb.