Dörd azyaşlının dənizdə batması faktı ilə bağlı cinayət işi başlanılıb

34

Bakıda dənizdə batan 4 azyaşlıdan sonuncunun da meyiti tapılaraq sudan çıxarılıb.

Bakı şəhər Prokurorluğundan SosialMedia.az-a verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.

M. Cəfərovanın, Ə. Cəfərovun və L. Cəfərzadənin meyitləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Cəfərzadə Zeynəb Ramin qızının meyiti isə bu gecə tapılaraq, sudan çıxarılıb. Batan uşaqlar iki qardaşın övladlarıdır.