Nissan” aşdı: yaralılar var

271
Ağstafa rayonunda yol-nəqliyyat hadisəi baş verib.
SosialMedia.az- ın xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Nissan” markalı minik maşını idarə etmədən çıxaraq aşıb. Nəticədə 1966-cı il təvəllüdlü Qasımov Fərhad Səməndər oğlu və 1962-ci il təvəllüdlü Misirov Arif Səfər oğlu müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb avtomobilin təkərinin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.