Əmək pensiyalarının məbləği artırıldı

474

Əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunub.

SosialMedia.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.
Bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.