Azərbaycana mobil telefonların idxalı 60% artıb

283

Bu ilin yanvar-iyun ayında Azərbaycana 581 046 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə “SosialMedia.az-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxalı 60% artıb.

Cari ilin ilk 6 ayı ərzində idxal olunan məhsulların dəyəri 68 792,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.