Azərbaycanlı hacılar üç gündür şeytana daş atırlar

263

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən və artıq hacı olan zəvvarlar bu gün Mina çölündə olan ibadətlərini başa vuracaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasının üzvü Vüsal Cahangiri SosialMedia.az-ın  bildirib ki, azərbaycanlı zəvvarlar bu gün artıq 3 gündür Minada ibadət edir: “Zəvvarlarımız qurbanlarını kəsib hacı olduqdan sonra Minada şeytan daşlama dini ayinini yerinə yetirir. Bu gün sonuncu gündür və axşam saatlarında hacıların təxminən 1000 nəfəri artıq Minadan ayrılacaq və Məkkədəki otellərinə qayıdacaqlar. Hacıların qalanı isə avqustun 14-də Məkkəyə dönəcək”.

QMİ rəsmisi bildirib ki, bundan sonra növbəti ibadətlər-Həcc təvahı, namazı yerinə yetirləcək.

V.Cahangirinin sözlərinə görə, hacıların sağlamlıqları ilə bağlı ciddi problem yoxdur: “Arada soyuqdəymədən qızdırması olan, istidən huşunu itirənlər olur. Amma həkimlərimiz yerində müdaxilə edir və çətinlik yaranmır”.

Qeyd edək ki, bu il Azərbaycan zəvvarları üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Zəvvarlar ziyarətdən dönüşü 21-dən 25-dək baş tutacaq.