Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sumqayıtda bayram sovqatlarının səyyar çatdırılması təşkil olundu

327

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Qurban” bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Cins heyvanlar xüsusi ət kəsimi ilə kəsilərək hər bir ailə üçün ayrı- ayrılıqda qablaşdırılıb.

SosialMedia.az xəbər verir ki, Heydər Əliyev Fondunun bayram sovqatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin rəhbəri Ceyhun Suleymanov ,müdir müavini Zaur Rəsulov,şöbənin kollektivi və azərpoçt şöbəsi ilə birgə səyyar çatdırılma təşkil edib,aztəminatlı ailələrin ünvanına bayram sovqatı çatdırılıb.