38 dərəcə isti olacaq – PROQNOZ

102

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.az-a verilən xəbərə görə, havanın temperaturu  gecə 19-23°, gündüz 30-34°, Bakıda gecə 21-23°, gündüz 32-34° isti təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək.Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 14-18°, gündüz 23-28° isti təşkil edəcək.