Bakıda avtomobilin yanması tıxaca səbəb olub – FOTO

142

Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən SosialMedia.az-a verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. Yolda nəqliyyat vasitəsi yanır. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.