İstirahət günü hava isti olacaq – PROQNOZ

200
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.az-ın verilən xəbərə görə, havanın temperaturu gecə 19-23°, gündüz 30-34°, Bakıda gecə 21-23°, gündüz 32-34° isti təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 14-18°, gündüz 23-28° isti təşkil edəcək.