Azərbaycanda faciə: 24 yaşlı gənc toydan gəlib özünü…

202
Neftçalada 24 yaşlı gənc intihar edib.
SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, Neftçala rayonunun Bala Surra kənd sakini 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu həyətlərindəki yeni tikilən hamamda özünü asaraq intihar edib.
Meyit səhər saat 08.00 radələrində aşkar edilib.
İlkin məlumata görə, S. Ələkbərov dünən axşam toy mərasimində iştirak edib, toy mərasimindən qayıtdıqdan sonra intihar edib.
Faktla bağlı araşdırma aparılır.