Sumqayıtda əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil olundu

507

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) “AKVARİUM” Uşaq Əyləncə Mərkəzi ilə birgə əlilliyi olan şəxslərin övladları üçün tədbir təşkil etdilər.

SosialMedia.az xəbər verir ki, tədbirdə çıxış edən “AKVARİUM” Uşaq Əyləncə Mərkəzinin rəhbəri Gülşən Nəsirova uşaqlara cansağlığı arzuladı və bu cür tədbirlərin onlar tərəfindən mütamadi təşkil olunduğunu bildirdi. Şoumen Həmid Sultan uşaqlara maraqlı və əyləncəli oyunlar təşkil etdi. Sonra uşaqlar pulsuz atraksiondan istifadə etdilər .

Sonda ƏSMİD İctimai Birliyinin rəhbəri Səbinə Kərimova tədbiri təşkil etdikləri üçün “AKVARİUM” Uşaq Əyləncə Mərəzinin rəhbərliyinə və Şoumen Həmid Sultana minnətdarlığını bildirdi.
Qeyd edək ki,tədbirin təşkilatçısı ““Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi İnformasiya şöbəsinin sədri Nərmin Rzalıdır.