Ermənilər Ağdamın Güllücə kəndində yanğın törədib

277

Erməni hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

SosialMedia.az-ın Qarabağ bürosunun xəbərinə görə, alov Ağdamın işğal altında olan Güllücə kəndi ərazisində meydana gəlib.

Kəndin ərazisində başlayan yanğın daha sonra xarabalığa çevrilən digər ərazilərə yayılıb. Hazırda yanğın həmin istiqamətdəki bütün yaşayış məntəqələrindən müşahidə olunur.