Doğum evləri ilə bağlı şok açıqlama

511

Pediatr Aytən İsmayılzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
A.İsmayılzadə Azərbaycan xəstəxanalarında yeni doğulan körpələrin doğulduğu gündən süni qidalarla qidalandırılması ilə bağlı problemi qabardaraq həm həkimlərin, həm də sıravi vətəndaşların bu kampaniyaya dəstək verməsini istəyib.

Həmən müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti
Mehriban xanım Əliyevaya Müraciət
Hörmətli Mehriban xanım!
Doğum evlərində baş verən dəhşətli faktlarla bağlı Sizə bir pediatr olaraq müraciət
edirəm. Dəhşətli faktlar ondan ibarətdir ki,istər dövlət ,istər özəl doğum evlərində
demək olar ki, əksər yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilir.
Analar doğru əmizdirmə barədə kifayət qədər məlumatlandırılmırlar. Əmizdirmə üzrə
məsləhətçilər şöbəyə buraxılmır,onların analarla görüşü təmin edilmir.Neonotoloqlar
başda şöbə müdirləri olmaqla maddiyyat qarşılığında uşağın həyatınn ilk günündən
valideynlərə süni yemək aldırırlar.
Hər kəsə məlumdur ki,əsasən də həkimlər çox gözəl bilir ki,yeni doğulmuş körpənin
ilk olaraq ana südü alması,ilk saatlarda əmizdirilməsi onun sağlamlığı üçün nə
dərəcədə vacibdir. Bu, danılmaz faktdır. İstər özəl, istər dövlət xəstəxanalarının
doğum şöbələrində isə bunun tam əksi baş verir. Ana südü olduğu halda körpəyə ən
azı 3 gün süni qida verilir. Bunun sonrakı fəsadlarını isə biz pediatrlar görürük.
Uşaqlar ana südündən imtina edir,həzm problemləri yaşayır ,allergik vəziyyətlərlə
tez-tez rastlaşırlar. Ana tərəfdən də bir sıra həm psixoloji ,həm fiziki narahatlıqlar baş
verir. Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlıqları ilə ilk gündən bu cür
oynanılmasına icazə veməyəcəyinizə inanıram. Bu məsələ ilə şəxsən özünüzün
maraqlanmanızı çox istərdik, əks halda bu vəziyyət hələ çox davam edəcək .
Doğum şöbələrinə süni qida girişinin qadağan olunması, yersiz süni qida təyin edən
həkimə cəza verilməsi, xəstəxanalarda əmizdirmə üzrə məsləhətçilər üçün yer
ayrılması,süd banklarının yaradılması,donor südünün gündəmə gətirilməsi daha
məqsədə uyğun olardı.
Doğum evində həkimlərin səhvindən ana südündən məhrum qalmış körpələr,
Azərbaycan anaları və gələcəyimiz adından məktubumuza tezliklə müsbət cavab
alacağımıza ümid edirəm.

Hörmətlə, Pediatr Aytən İsmayılzadə
22.08.2019