Azərbaycan İKT avadanlıqlarının idxalını kəskin artırıb

177

Ötən il ərzində Azərbaycana 883,8 mln. manat dəyərində İKT avadanlığı idxal olunub ki, bu da 2017-ci illə müqayisədə 56,4% çoxdur. Bu barədə “SosialMedia.az-Economics”ə Dövlət Statistika Komitəsindən bildirilib.

Ötən il üzrə idxalın ümumi həcmindən telekommunikasiya avadanlığının payına 328,6 mln. manat (2017-ci illə müqayisədə 34,6% çox), kompüter və periferiya avadanlıqlarının payına 315,8 mln. manat (artım – 87,5%), elektron avadanlıqların payına 145,9 mln. manat (artım – 46,2%) və digər İKT məhsullarının payına 93,5 mln. manat (artım – 76,7%) düşüb.

İdxal olunan İKT məhsullarının ölkəyə idxal olunan bütün növ məhsulların dəyərində xüsusi çəkisi 4,5% təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.