Azərbaycanda məktəbəqədər təhsillə bağlı yeni tələb müəyyənləşib

174

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin tədris vəsaitləri 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa uyğun olacaq.

SosialMedia.az-ın məlumatına görə, bununla bağlı “Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanuna yeni 17.3-cü bənd əlavə edilir. Yeni bəndə əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatına uyğun olmalıdır.

“Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçiriləcək iclasında müzakirə ediləcək.