İndiyədək “Poçtap” xidmətində 1 495 itirilmiş sənəd qeydə alınıb

18

“Azərpoçt” MMC-nin “Poçtap” xidmətində 1 495 itirilmiş sənəd qeydə alınıb.

MMC-dən “SosialMedia.az-Economics”ə verilən məlumata görə, qeydiyyata alınan sənədlərin 460-ı sahiblərinə çatdırılıb, 1 025-i isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 10-u “Azərpoct”un filial və şöbələrində saxlanılır.

Qeyd edək ki, itirilən sənədlər “Poçtap” sistemində 30 gün saxlanılır və bu dövrdən sonra müvafiq strukturlara göndərilir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilən sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. Xidmət haqqı 1,8 manat təşkil edir.

İtirilən sənədin tapılıb-tapılmadığı barədə məlumatı pochtap.az saytının müvafiq bölməsindən əldə etmək olar.

Xatırladaq ki, sözügedən xidmət 2017-ci ilin mart ayında istifadəyə verilib.