Şura “QHT-lərdə mühasibat uçotunun aparılması” mövzusunda təlim təşkil edəcək

268

SosialMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qeyri-hökumət təşkilatları üçün “QHT-lərdə mühasibat uçotunun aparılması” mövzusunda təlim təşkil edəcək.

Təlimdə iştirak etmək istəyən QHT mühasibləri 16 sentyabr 2019-cu il tarixədək nrahimli@cssn.gov.az ünvanına elektron qaydada müraciət edə bilərlər. Ərizədə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat və əlaqə vasitələri göstərilməlidir. Təlimin vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Əlavə məlumat üçün Şuranın daxili nəzarət və qiymətləndirmə xidməti ilə əlaqə saxlaya bilərsiniz. Tel: (+994) 12 493 17 80 (dax. 505)