Azyaşlılara tütün və spirtli içkilər satan şəxslər məsuliyyətə cəlb olunub

59

Bakının Qaradağ rayonunda azyaşlılara tütün məmulatı və spirtli içkilər satan şəxslər məsuliyyətə cəlb olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumatına görə, rayon ərazisində 2 ünvanda tütün məmulatı, 3 ünvanda isə spirtli içki satılması faktı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bildirilib ki, rayon ərazisində bu hallara yol verən satıcılarla profilaktik söhbət aparılıb, onlara əməllərinin hüquqa zidd olması izah edilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən bu istiqamətdə təbdirlər davam etdirilir.