İctimai təhlükəli əməlin qarşısı necə alına bilər? – Polis mayoru AÇIQLAYIR

538
“İctimai təhlükəli əməl – cinayət baş verməməsi üçün hər bir xətanın ictimai qayda əleyhinə olan cinayətlərə çevrilməməsi üçün vətəndaş fəallığı tələb olunur”.
Bu barədə SosialMedia.az -a polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, bu fəallıq, vətəndaşın vəzifəsidir:
“Çünki hər bir xətanın arxasında insan iradəsi var. Məsələn, qonşuda körpə dayanmadan çığırırsa, mübahisə varsa, deməli, orda təhlükə var. Əgər bu səsi eşidib biganə qalan insan özü maraqlanmırsa, biganədirsə, yaxud polisi köməyə çağırmırsa, bu, vətəndaşın cəmiyyətə münasibətinin nümunəsidir. Əməlin fəlsəfəsi deyir ki, ay insan, bu təhlükə sənin də qapını döyəcəkdir, etinasız yanaşma!
Deməli, ictimai qaydanın qorunması tək polisdən yox, həm də vətəndaşdan asılıdır”.