Sabirabad sakini bədbəxt hadisə nəticəsində ölüb

21

Bu gün səhər saatlarında Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

SosialMedia.az-ın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Səfərov Səfər Balayar oğlu fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.