Avtomobildən külli miqdarda pul oğurlayan qadın tutulub

18

Göygöldə avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Mercedes” markalı avtomobildən 3500 manat pul oğurlamaqda şübhəli bilinən D.Mehdiyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.